23 avqust 2023 at 11:36
Jurnalist kodu: 5487
Xəbər kodu: 85207844
T T
0 Persons

Tags

Ramallah: Təhlükəsizlik ya hamı üçündür, ya da heç kim üçün

23 avqust 2023 at 11:36
Xəbər kodu: 85207844
Ramallah: Təhlükəsizlik ya hamı üçündür, ya da heç kim üçün

Tehran - İRNA - Fələstin Administrasiyasının sözçüsü deyib: Sionist rejimin fələstinlilərə, onların torpaqları və ziyarətgahlarına qarşı zorakılıqlarının artması heç kimə sülh və sabitlik gətirməyəcək.

İRNA-nın məlumatına görə, Fələstin Administrasiyasının sözçüsü Nabil Əbu Rudəynə çərşənbə axşamı verdiyi bəyanatda deyib: “Təhlükəsizlik bölünməzdir, ya sülh və əmin-amanlıq hamı üçün, ya da sülh və əmin-amanlıq heç kəs üçün”.

Əbu Rudəynə əlavə edib: İşğalçı qüvvələr tərəfindən fələstinlilərin həbsi kampaniyası, xalqımızın hər gün qətlə yetirilməsi və Məscidül-Əqsaya qarşı təcavüzün davam etməsi və işğalçı məskunlaşanların terror hərəkətləri... Bütün bunlar çıxılmaz vəziyyət yaradıb və işi təhlükəli mərhələyə çatdırıb.

O vurğulayıb ki, razılaşma Fələstin xalqının razılığı və beynəlxalq qərarlar, Fələstin şuraları və milli məclislərinin qərarları olmadan baş tutmayacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .